"Yuventus"un yeni transferi Duşan Vlahoviç Çempionlar Liqasında da fərqlənməyi bacarıb.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu debüt oyununda ən erkən qol vuran futbolçu olub.

O, "Vilyarreal"la  (1:1)  oyunun 32-ci saniyəsində fərqlənib.

Qeyd edək ki, Vlahoviç qış fasiləsində "Fiorentina"dan "qoca sinyora"ya keçib.