"Yuventus"un futbolçusu Ueston Makkenni sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı amerikalı orta sahə oyunçusunun Çempionlar Liqasında keçirilən "Vilyarreal"la ( 1:1 ) oyununda sol ayaq sümüyü qırılıb. Onun mövsümü bitirəcəyi vurğulanıb.