UEFA Çempionlar Liqasında "Dinamo" (Kiyev) — "Bavariya" qarşılaşması türkiyəli hakimə tapşırılıb.
Offsideplus.az xəbər verir ki, matçı Halil Umut Meler idarə edəcək. Ona həmyerliləri Mustafa Emre Eyisoy və İbrahim Çağlar Uyarcan kömək edəcək. Dördüncü referi funksiyasını Arda Kardəşlər yerinə yetirəcək. VAR-dakı hakimi isə Mete Kalkavan olacaq.
Qeyd edək ki, "Dinamo" ( Kiyev) – "Bavariya" matçı bu gün Bakı vaxtı ilə saat 21:45-də baş tutacaq.