Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turu “Real”ın müdafiəçisi Marselo üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, Donetsk “Şaxtyor”u ilə səfər matçı (0:5) "sambaçı"nın yubiley görüşü kimi yadda qalıb.
2007-ci ildən “kral klubu”nun şərəfini qoruyan 33 yaşlı sol cinah müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. Bu müddətdə o, aktivinə 9 qol yazdırıb.
Bununla da, Marselo ÇL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub.