UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub.

Offsideplus.az-ın məlumatına görə, H qrupunda qitənin ən nüfuzlu klub turnirinin qalibi "Çelsi" İngiltərədə Rusiya "Zenit"ini minimal hesabla yenib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

H qrupu

"Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0

Qol: Romelu Lukaku, 69