Türkiyə çempionu “Beşiktaş” sentyabrın 15-də Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda qarşılaşacağı “Borussiya” (Dortmund) ilə oyundan əvvəl iki futbolçusunu itirib. 

Offsideplus.az xəbər verir ki, klubun rəsmi məlumatına əsasən Domaqoy Vida və Aleks Teyşeira ÇL-in ilk qarşılaşmasında zədə səbəbindən "Beşiktaş"a kömək edə bilməyəcəklər