Polşanın "Legiya" klubunun azərbaycanlı futbolçusu Mahir Emreli UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin statistikasında fərqlənən futbolçular arasında yer alıb.
Offsideplus.az xəbər verir ki, statistikaya əsasən Mahir 1-ci mərhələdə qapıya ən çox dəqiq zərbə endirən ikinci futbolçu olub. O, Norveçin “Bude-Qlimt” klubu ilə oyunlarda ümumilikdə 5 dəqiq zərbə endirib, onlardan ikisi qolla nəticələnib. Mahir bu göstəricidə yalnız Monteneqronun "Buduçnost" klubunun oyunçusu Miloş Raiçkoviçdən geri qalıb. Raiçkoviç ilk mərhələdə qapıya 6 dəqiq zərbə endirib.
"Legiya" turnirin 2-ci təsnifat mərhələsində Estoniyanın "Flora" klubu ilə qarşılaşacaq.