Tbilisi "Dinamo"sunun baş məşqçisi Kaxaber Tsxadadze UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, gürcü mütəxəssis bu gün baş tutan və 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları deyib:
“Hər zaman oyundan sonra analiz etmək çətin olur. Lakin üstünlük bizdə idi, təəssüf ki, nəticə əksinə oldu. İkinci qolda diqqətsizlik oldu. Birinci hissədə futbolçularımız gözəl işlədilər. Yeni qaydalara əsasən, ev və səfər qolları önəm daşımır. Ona görə cavab görüşündə lazımi nəticəni əldə edəcəyimizə ümid edirəm. Bütün fikirlər qələbəyə yönəlməlidir. Biz o səviyyəyə çatmışıq ki, yaxşı oyunçular axtarmalıyıq. Sıx qrafiklə oynamağımız bu oyuna da təsirsiz ötüşmədi. Komandamız uduzmamağa layiq idi. Azarkeşlər etirazlarında haqlı idilər. Amma onlar da bu vəziyyəti anlamalıdırlar.
Təcrübəli çalışdırıcı futbolçularının tələsdiyini və bunun matça təsirinin çox olduğunu bildirib:
"Futbolçularımız bəzi epizodlarda tələsirdilər. Bunun da nəticəyə az təsiri olmadı. Birinci hissə planlı şəkildə gedirdi, tapşırıqlar icra olundu. Təəssüflər olsun ki, “Neftçi”nin ikinci qolundan sonra komanda tələsməyə başladı. İlk yarıda isə qol buraxsaq da tələsmirdik, bunun da nəticəsində qol vurduq. İkinci yarıda isə futbolçularım düşünürdü ki, vaxt azdı, qol vurmalıyıq. Bunu etməməli idilər. Qol epizodları var idi, lakin lazımınca istifadə edə bilmədik. Səbəb bəlkə bu idi ki, tələsdilər. Tələsməsəydilər, nəticə fərqli olardı. Bəzi oyunçularda onlarda olan resrulardan sona kimi xərcləməlidilər. Digər oyunçuları 65-ci dəqiqədə dəyişdik. Çünki fiziki durumları yaxşı deyildi. Amma əsas odur ki, istədiyimiz nəticə olmadı. “Neftçi”nin də zəif nöqtələrini öyrənib istədiyimizə nail olmağa çalışacağıq.
Üstün oyunla rəqibin cərimə meydançasına bir neçə dəfə daxil olduq. Lakin “Neftçi”nin qapıçısı bir neçə epizodda gözəl oynadı. Hücumlarımızı son anda tamamlaya bilmədik. Rəqib təcrübəli oyunçulara malik idi. Onların heyətində legionerlərin çoxluğu önəm daşımırdı. Emin Mahmudov və Namiq Ələsgərovun çıxışını da qeyd edərdim”.