UEFA beynəlxalq dərəcəli azərbaycanlı hakim-inspektor Asim Xudiyevə yeni təyinat verib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində baş tutacaq “Kayrat” (Qazaxıstan) - “Makkabi” (Hayfa, İsrail) cavab oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, "Kayrat" və "Makkabi" arasında keçiriləcək qarşılaşma iyulun 14-də baş tutacaq.