Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” matçının təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşma İsraildən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim David Fuksman olacaq. Yax xətlərdə ona Nati Dotan və Matityahu Yakobov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək.
UEFA nümayəndəsi Lukas Soyski (Polşa), hakim-inspektor isə Uilyam Yanq (Şotlandiya) olacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk matç iyulun 7-də Tbilisidə keçiriləcək ki, start fiti Bakı vaxtı ilə saat 20.00-da çalınacaq. Cavab görüşü iyulun 14-ü “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da başlayacaq.