"Çelsi"nin ulduzu Nqolo Kante ötən gecə "Real"la baş tutan Çempionlar Liqası qarşılaşmasında matçın adamı mükafatını qazanıb.

 Offsideplus.az xəbər verir ki, göstərdiyi performansla azarkeşləri heyran edən 30 yaşlı yarımmüdafiəçi "Stemford Bric"i tərk edərkən maşını ilə gündəm olub. 

"Mini Cooper" markalı sadə avtomobili ilə stadiondan ayrılan Kantenin nə qədər təvazökar insan olduğu bir daha aydın olub.

 Həmin görüntüləri təqdim edirik: