PSJ-nin müdafiəçisi Markinyos adını Çempionlar Liqası tarixinə yazdırıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu dünən "Siti"i ilə oyunda (1:2) rəqib qapısına yol tapa bilib. Bununla da, o, tarixdə ardıcıl iki və ya daha çox mövsüm 1/4 və yarımfinal mərhələlərində qol vuran üçüncü futbolçu olub.

Braziliyalı ulduz bu göstəricidə Kriştiano Ronaldo (2011-12, 2012-13, 2013-14) və Antuan Qrizmannın (2015-16, 2016-17) uğurunu təkrarlayıb.