UEFA Madrid “Atletiko”sunun müdafiəçisi Stefan Saviçi cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, buna futbolçunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Çelsi” klubuna qarşı keçirdikləri cavab matçında (0:2) qırmzı vərəqə alması səbəb olub.
30 yaşlı montoneqrolu oyunçu görüşün 82-ci dəqiqəsində London klubunun futbolçusu Antonio Rudigeri dirsəyi ilə vurub. Qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu, bu azmış kimi qarşılaşmanın baş hakimi Daniele Orsatonu da təhqir edib.
Buna görə, UEFA-nın Nizam-intizam komitəsi Saviçi avrokuboklardan 4 oyunluq diskvalifikasiya edib.