UEFA Çempionlar Liqasının yarımfinal matçlarının tarixini və saatını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 1/2 finalda PSJ "Mançester Siti", "Real" isə "Çelsi" ilə qarşılaşacaq. Aprelin 27-də "Real" "Çelsi"ni qəbul edəcək. Bir gün sonra isə Parisdə "Mançester Siti" PSJ-nin qonağı olacaq. 

Cavab görüşləri bir həftə sonra keçiriləcək. Mayın 4-də "Mançester Siti" - PSJ oyunu, ertəsi "Çelsi" - "Real" dueli baş tutacaq.

Bütün oyunlar Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.

Qeyd edək ki, Avropanın bir nömrəli klub turnirinin final qarşılaşması mayın 29-da İstanbulda keçiriləcək.