UEFA Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında "Liverpul" "Real"ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan oyunda maraqlı olay olub. Kazemironun Endi Robertsonu yıxandan sonra aralarında yüngül münaqişə baş verib. Həmin anda isə "Real"ın baş məşqçisi Zinədin Zidanın arxa planda gülməsi diqqət çəkib. Belə ki, Yürqen Kloppdan fərqli olaraq, fransalı mütəxəssis "şou"nu izləməyi seçib.

Qeyd edək ki, ilk oyunda 3:1 hesablı qələbə qazanan "Real" adını yarımfinala yazdırıb.

Screenshot 2021 04 15 093611