2024-cü ilədək UEFA bayrağı altında keçiriləcək klub yarışlarını Azərbaycanda yayımlayacaq telekanal müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "CBC Sport" növbəti 3 mövsüm ərzində avrokubokların yayım hüququna sahib olub. Belə ki, futbolsevərlər qarşıdakı illərdə də Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və UEFA Super Kubokunu bu kanalda izləyəcəklər.

Bu il keçiriləcək Avropa çempionatının yayım hüququ isə İctimai TV ilə AzTV-yə (İdman TV) məxsusdur. Hər iki televiziya AVRO-2020-nin oyunlarını ortaq yayımlayacaqlar.

2022-ci ildə Qətərdə gerçəkləşəcək dünya çempionatının yayım hüququ isə İctimai TV-dədir.