UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyunundan sonra (1:0) "Bavariya"nın baş məşqçisi Hans Flik mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 56 yaşlı mütəxəssis oyundan sonra bu sözləri deyib:
“İlk matçda əlimizə düşən çox şansdan istifadə etməmişdik. Amma rəqibə qol vurmaq üçün o qədər də çox şans verməmişdik. Lakin o vaxt üçüncü qolu buraxmasaydıq, daha da irəli gedərdik. Hamı PSJ-nin hücumda nə qədər təhlükəli olduğunu gördü. Ancaq məğlub olsaq da, komandamı tərifləmək istəyirəm və uduzan kimi qalibi təbrik edirəm. Komandam hücumda çox məharətlidir, amma bu gün son toxunuşu əldən verdik. Fərqli bir nəticə gözlədiyimizə baxmayaraq, baş verənləri qəbul etməliyik”.
Qeyd edək ki, "Bavariya" cavab qarşılaşmasında 1:0 hesabı ilə qalib gəlsə də, PSJ ümumi olaraq 3:3 hesabı ilə adını yarımfinala yazdırıb.