UEFA Çempionlar Liqasının 1/4 finalında "Siti"yə qarşı oyunda qol vuran Marko Roys rekord qırıb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı forvard "Borussiya" tarixində Çempionlar Lqiasında ən çox qol vuran futbolçu olub. O, bu göstəricidə sabiq komanda yoldaşı Robert Levandovskini geridə qoyub.

Vurduğu qolların sayını 18-ə çatdıran Roys beynəlxalq turnirdə Dortmund təmsilçisinin ən çox qol vuran oyunçusu olub.

Marko Roys - 18 qol

Robert Levandovski - 17 qol

Pyer-Emerik Obameyanq - 15 qol

Erlin Haaland - 12 qol

Yan Koller - 10 qol