"Çelsi" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində sabah Madrid "Atletiko"su ilə oyuna ciddi itkilərlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" bu görüşdə Tiaqo Silva və Temmi Abrahamın xidmətindən məhrum olacaq.

Buna səbəb hər iki futbolçunun zədəli olmasıdır.

Qeyd edək ki, Londonda keçiriləcək matç Bakı vaxtı ilə 00:00-da başlayacaq. İlk oyunda "Çelsi" 1:0 hesabı ilə qalib gəlib.