Çempionlar Liqasının 1/8 finalında ötən gecə "Leyptsiq" və "Liverpul" arasında baş tutan matçın ən yaxşısı bəlli olub.

Offsideplus.az Mersisayd təmsilçisinin rəsmi "tvitter" hesabına istinadən xəbər verir ki, Ozan Kabak qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 20 yaşlı türk müdafiəçi 100 min 641 nəfərin qatıldığı səsvermədə 56 faiz səs toplayaraq birinci olub.

Qeyd edək ki, sözügedən görüş "Liverpul"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.