Çempionlar Liqasının H qrupunda əməlli-başlı qırğın gedir.
5 turdan sonra "Mançester Yunayted", PSJ və "Leyptsiq"in aktivində 9, "İstanbul Başakşehir"in isə 3 xalı var. Sonuncu tuda ingilislər almanlarla, fransızlar türklərlə qarşılaşacaq. PSJ-nin növbəti mərhələhəyə qrup qalibi kimi vəsiqə qazanacağına inananlar çoxdur.
Offsideplus.az "Eleven Sport PT"ya istinadla xəbər verir ki, vacib oyun öncəsi Paris təmsilçisinin ulduzu Neymar diqqətçəkən açıqlamalarla yadda qalıb: "Karyeram ərzində heç vaxt çıxış etdiyim komanda ilə qrupda qalmamışam. Üstəlik, heç vaxt Avroliqada oynamamışam. Nəinki oynamaq, heç bu haqda düşünməmişəm, bundan sonra da düşünməyəcəm. Həlledici anlarda məsuliyyəti üzərimə götürməyə hazıram. Mən PSJ-yə Avroliqada oynamaq üçün gəlməmişəm".
Qeyd edək ki, braziliyalı məşhurun bu açıqlaması Avroliqada top qovan tanınmış futbolçuların xoşuna gəlməyib. Çox güman, yaxın vaxtlarda "cavab atəşi" açılacaq.