Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu ada "Çelsi"nin hücumçusu Olivye Jiru layiq görülüb. 34 yaşlı forvard İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda poker edib.
Qeyd edək ki, ÇL-də həftənin ən yaxşısı adına “İnter”dən Romelu Lukaku, “Zalsburq”dan Merqim Berişa və “Başakşehir”dən İrfan Can Kahveci də namizəd idi.