UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunda baş tutan "Başakşehir" - "Leyptsiq" görüşü gərgin anlarla yadda qalıb.
Offsideplus.az xəbər verir ki, ev sahiblərinin 3:4 hesabı ilə məğlub olduğu görüşdə İrfan Kahveci het-trik edib. 25 yaşlı mərkəz müdafiəçisi həm het-trik edən, həm də uduzan tərəfdə olan 3-cü futbolçu olub. Bu göstəricidə digər futbolçular isə Ronaldo Nazario və Qaret Beyldir.
Ronaldo: "Mançester Yunayted" - "Real" 4:3.
Qaret Beyl: "İnter" - "Tottenhem" 4:3.