Kilian Mbappe PSJ-nin Çempionlar Liqasının qrup mərhələsində III turun Almaniya "Leyptsiq"i ilə ev oyununu buraxacaq.

Offsideplus.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu "Nant"ı 3:0 hesabı ilə məğlub etdikləri matçda bud əzələsindən zədə alıb.

Neymar, Marko Verratti, Mauro İkardiYulian Draksler də zədə səbəbindən Almaniya klubu ilə görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Leyptsiq" - PSJ matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.