UEFA Çempionlar Liqasının 2020/2021 mövsümünün qrup mərhələsinin oyunlarında azarkeşlər stadionlara buraxıla bilər.
Offsideplus.az xəbər verir ki, qurum UEFA Superkubok görüşünün azarkeşlərlə keçirilməsi təcrübəsini bəyənib. UEFA ölkələrin yerli hökuməti ilə razılığa gəldikdən sonra qərarı rəsmən açıqlamağı planlaşdırır. Qitə futbol qurumunun bu üsulla pandemiyadan əziyyət çəkən klubların zərərlərini azaltmasına və bilet satışından pul qazanmasına imkan yaratmaq istədiyi iddia olunur.
Qeyd edək ki, ÇL-də qrup mərhələsinin görüşləri oktyabrın 20-i başlayacaq.