“Mən Messinin videolarına baxa-baxa böyümüşəm. 10 yaşımdan bəri onu izləyirəm”. 

Offsideplus.az xəbər verir ki,  bu sözləri İtaliya mətbuatına açıqlamasında “Roma”nın yarımmüdafiəçisi Cengiz Ündər deyib. 

Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” üzərinə parlaq qələbə qazandıqları oyunu şərh edən türk futbolçu Lionel Messi haqda da danışıb: “Meydanda ona qarşı oynamaq çox fərqli bir duyğudur. Ona görə də bu qələbəyə ikiqat sevinirəm”.

Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinin cavab oyununda “Barselona”nı 3 cavabsız qolla məğlub edən “Roma” adını yarımfinala yazdırıb. Bu komandalar arasında İspaniyada keçirilən görüşdə kataloniyalılar 4:1 hesablı qələbəyə sevinmişdilər.