Azərbaycan UEFA-nın reytinq cədvəlində 25-ci pilləyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA  Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun əsas və əlavə vaxtında 0:0 hesablı heç-heçə etməsi səbəbindən baş verib.

Penaltilər seriyasında uduzmasına rəğmən, Ağdam təmsilçisi 0,250 xal toplaya bilib. Nəticədə Azərbaycanın son 5 mövsümün yekununda xalları 16.125-ə çatıb.