UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la Norveç "Molde"si arasında keçiriləcək oyuna təyinatlar açıqlanıb.

Offsideplus.az xəbər verir ki, matçı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Srcan Yovanoviçə Uroş Stoykoviç və Milan Mixayloviç köməklik göstərəcəklər. Dördüncü referi funksiyasını isə Novak Simoviç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.