UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" Moldovanın "Şerif" klubunu 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə ilə Ağdam təmsilçisi ölkəmizin aktivinə 0,375 xal yazdırıb.

Hazırda Azərbaycanın 15,125 xalı var və UEFA reytinqində 25-ci pilləyə qalxıb.