Almaniya "Bavariya"sının qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı qolkiper azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşları - Kinqsli Koman ilə Tiaqu Alkantaranı və PSJ-dən isə Markinyosu qabaqlayıb.
Alman qapıçı həlledici oyunda 3 real qol vəziyyətinin qarşısını almışdı.
Qeyd edək ki, həlledici qarşılaşamada Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edən "Bavariya" 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.