UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı futbolçusu adına 4 namizədin adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bunlar Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer, yarımmüdafiəçiləri Kinqsli Koman ilə Tiaqu Alkantara və Fransa PSJ-sindən Markinyosdur.
Alkantara həlledici qarşılaşmada 92 faiz dəqiq ötürmə verib, Manuel Noyer isə komandasını 3 dəfə real qoldan xilas edib. Münhen təmsilçisinin qolunu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Markinyos isə 81 faiz dəqiq ötürmə ilə yadda qalıb və 4 dəfə topu rəqibdən alıb.
Qeyd edək ki, finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edən "Bavariya" 6-cı dəfə kubokun qalibi olub.