"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Makedoniya "Sileks"i ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Offsideplus.az xəbər verir ki, siyahıda 21 futbolçu - 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi, 3 hücumçunun adı yer alıb.

Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Ayhan Arazlı

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev (k), Rauf Hüseynli, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina

Yarımmüdafiəçilər: Qara Qarayev, Uroş Matiç, Xayme Romero, Abdullah Zubir, İmayıl İbrahimli, Filip Ozobiç, Toral Bayramov, Donald Gerye, Ruslan Hacıyev

Hücumçular: Mahir Emreli, Kvabena Ovusu, Musa Qurbanlı

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Qalib komanda II raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.