“Sileks”in baş məşqçisi Qoran Simov “Qarabağ” oyunu öncəsi yerli mətbuata açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, Bakıdakı görüş barədə təəssüratlarını bölüşüb: “Pelister”lə oyunda yaxşı nəticə əldə etmədik. Ancaq hər şeyi geridə qoyub “Qarabağ” oyununa köklənmişik. Möcüzələrə inanmalıyıq, çünki futbolda da belə şeylər tez-tez baş verir. Seçmə mərhələ bir matçdan ibarətdir. İntizamlı və yüksək səviyyəli oynasaq, bunun mükafatını alacağıq”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” görüşü saat 20:00-da başlayacaq.