Şimali Makedoniyanın "Sileks" klubu Azərbaycana gəlib.

Offsideplus.az xəbər verir ki, Kratovo təmsilçisi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la matç üçün çarter reysi ilə Bakıya səfər edir. 

Qeyd edək ki, "Qarabağ" - "Sileks" avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 20:00-da başlayacaq matçdan qalib ayrılan tərəf II raundda "Şerif" (Moldova) - "Fola Eş" cütünün güclüsü ilə qarşılaşacaq.