Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, püşk nəticəsində “Qarabağ” klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Ağdam təmsilçisi Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdırsa, “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” – “Sileks” cütünün qalibi 2-ci mərhələdəki matçını evdə keçirəcək. Bu o deməkdir ki, "Qarabağ" ikinci oyunu da evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək.