"Ardıcıl 7 mövsümdür Azərbaycan çempionu olan “Qarabağ”la müqayisədə rəqibi “Sileks” heç ölkəsinin aparıcı klubu deyil"
Offsideplus.az xəbər verir ki, bu sözləri tanınmış azərbaycanlı idman jurnalisti, "Qızıl Top"un ölkəmizdəki təmsilçisi Rasim Mövsümzadə deyib.
O, püşk barədə fikirlərini bölüşüb:
"Məsələn, bir faktı qeyd edim, Kratovo şəhərciyinin təmsilçisi sonuncu dəfə 2009-cu ildə Şimali Makedoniyanın əsas millisinə oyunçu verib. 2014-cü ildən avrokuboklarda, mütəmadi olaraq, qrup yarışında çıxış edən “Qarabağ”dan fərqli, makedoniyalıların klub futbolunda ən böyük uğuru yalnız 2017/18 mövsümündə “Vardar”ın Avropa Liqasında qrup mərhələsinə çıxması olub. Azərbaycan UEFA-nın reytinqində Şimali Makedoniyanı 2010-cu ildən qabaqlayır. O vaxtdan bəri “Qarabağ” iki dəfə həmin ölkənin “Metalurg Skopje” komandasını mübarizədən kənarlaşdıra bilib. Azərbaycan çempionu bu səbəblərdən “Sileks”lə mübarizədə aşkar favorit sayılsa da, “Neftçi”nin 2016-cı ildə, rəqibini ciddiyə almayaraq, Makedoniya “Shkendija”sı ilə “duel”dən məğlub (0:0, 0:1) ayrıldığını da unutmamalıdır".(apasport.az)