“Çelsi” klubunun futbolçusu Nqolo Kante zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Frenk Lempard məlumat verib.
Fransalı dayaq yarımmüdafiəçisi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Bavariya” ilə oyunda iştirak edə biləcək.
Qeyd edək ki, “Bavariya” - “Çelsi” oyunu bu gün, saat 23:00-da start götürəcək.