AFFA-nın Azərbaycanı avrokuboklarda təmsil edəcək klublarla bağlı UEFA-ya göndərdiyi qərarına ilk təsdiq cavabı gəlib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu "Qarabağ"ın Azərbaycanı Çempionlar Liqasında, "Neftçi", "Keşlə""Sumqayıt"ın isə Avropa Liqasında təmsil etməsini təsdiqləyib.

Qeyd olunmuş klubların avrokuboklarda iştirakı ilə bağlı yekun təsdiq qərarı klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq.