UEFA Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün başlayacağı tarix müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında yeni mövsüm avqustun 25-26-da, Avropa Liqasının təsnifat mərhələləri isə avqustun 18-19-da başlayacaq.

Təsnifat mərhələlərinin oyunları bir qarşılaşmadan ibarət olacaq. Ev sahibi komanda püşk yolu ilə seçiləcək.

Qeyd edək ki, rəsmi qərar UEFA İcraiyyə Komitəsinin bu gün keçirəcəyi iclasda açıqlanacaq.