UEFA-nın Çempionlar Liqasını və Avropa Liqasını başa çatdırmaq üçün daha bir planı üzə çıxıb.
Offsideplus.az xəbər verir ki, “Mirror” nəşri qurumun oyunların üç gündən bir keçirilməsini təklif etdiyini yazıb.
Müzakirə olunan daha bir fikir isə Çempionlar Liqasının yarımfinal və final oyunlarının 5 gün ərzində Türkiyənin İstanbul şəhərində, Avropa Liqasının eyni mərhələlərinin isə Polşanın Qdansk şəhərində təşkilidir.
Çempionlar Liqasının finalı avqustun 29-da, Avropa Liqasının həlledici görüşü bundan 3 gün sonra təşkil olunmalıdır.
Yekun qərar 23 apreldə baş tutan videokonfransda açıqlanacaq.