UEFA Çempionlar Liqası və Avropa Liqasının final matçlarını avqustda keçirdə bilər.
Offsideplus.az “Sunday Times” a istinadən xəbər verir ki, UEFA maliyyə səbəbləri ilə mövsümü vaxtından əvvəl bitirmək fikrində deyil. Çünki belə olacağı təqdirdə, UEFA təkcə İngiltərədəki televiziya hüquqlarının satışından əldə ediləcək 840 milyon avrodan məhrum ola bilər.
Mövsümü avqust ayında yekunlaşdırmağın UEFA-nı gələn mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcəyi də qeyd olunub.
Hazırda Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb. Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda (“Atatürk” Olimpiya Stadionu), Avropa Liqasının finalı isə mayın 27-də Polşanın Qdansk şəhərində keçirilməli idi.
Qeyd edək ki, UEFA bu mövsüm bütün liqaların başa çatdırılmasını istəyir. Ali Futbol qurumu çempionatı başa çatdırmayan və nəticələri ləğv edən ölkələrin klublarını avrokuboklara buraxmaq istəmir. Avrokuboklarda iştirak üçün ya çempionatlar sonadək oynanılmalı, ya da indiki mövcud nəticələrə uyğun olaraq çempionlar bəlli olmalıdır.