UEFA prezidenti Aleksandr Çeferin mövcud vəziyyətlə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, İtaliyanın nüfuzlu "La Repubblica" nəşrinə açıqlama verən qurum rəhbəri vəziyyətin çox gərgin olduğunu və hazırda nə qərar qəbul edəcəklərini bilmədiyini deyib. Çeferin koronavirus pandemiyasına görə, yarımçıq dayandırılan Çempionlar Liqası və Avropa Liqasında mövsümün dayandırılacağını dilə gətirib.
"Hazırda 3 şansımız var. Ya may ayının ortalarında, ya da iyunda mövsümə davam edəcəyik. Əgər bunu bacara bilməsək, çox güman ki, mövsüm dayandırılacaq. Ya da, növbəti mövsümü daha gec başlatmaqla bu məsələni həll edəcəyik".
Çeferin insan həyatının hazırda hər şeydən daha önəmli olduğunu vurğulayıb.