UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədə İtaliya "Atalanta"sının oyunçusu Yosip İliçiç həftənin oyunçusu seçilib.
32 yaşlı yarımmüdafiəçi İspaniyada "Valensiya"nı 4:3 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab görüşündə 4 qol vuraraq pokerə imza atıb.
Qeyd edək ki, ilk qarşılaşmada rəqibini 4:1 hesabı ilə üstələyən "Atalanta" 1/4 finala yüksəlib.