Çempionlar Liqasında I turun ən yaxşı oyunçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Zalsburq”un hücumçusu Erlinq Holand ilk həftənin ən yaxşısı seçilib. 
19 yaşlı futbolçu səsvermədə Mark Andre Ter-Stegen ("Barselona"), Angel Di Mariya (PSJ) və Mislav Orşiçi ("Dinamo" Zaqreb) qabaqlayıb.
Qeyd edək ki, Holand "Genk”lə matçda (6:2) het-trik edib.