"Liverpul" klubunun futbolçusu Nabi Keytanın vəziyyətinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə ilk oyunda zədələnib.

Bu gün tibbi müayinədən keçən 24 yaşlı orta sahə oyunçusunun zədəsinin ciddi olduğu aşkarlanıb. Həkimlər onun mövsümü başa vurduğunu açıqlayıb.

Belə ki, Keyta "Barselona" ilə cavab görüşü ilə yanaşı, Premyer Liqanın son iki oyununda da meydana çıxa bilməyəcək.