"Bu turnirin rekordçusuna qarşı oynayacağıq. "Real" Çempionlar Liqası tarixinin ən yaxşı komandasır. Rəqibə hörmət edirik".
Offsideplus.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"la ilk oyun öncəsi deyib.
"Əminəm ki, futbolçularım öz güclərini göstərəcəklər. Qalib gəlməyə hazırıq. Güclü rəqibə qarşı oynamaq xoşdur" - deyə o bildirib.
U.Emeri ÇL-də ötən mövsüm "Barselona"ya 1:6 hesablı məğlubiyyəti unutduqlarını vurğulayıb: "Mən indiki anla yaşayıram. "Barselona" ilə oyunlar bizə əlavə təcrübə verdi. Bu dəfə daha yaxşı hazırıq".
Qeyd edək ki, "Real" - PSJ görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.