Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Offsideplus.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər siyahısında  Nikolo Zaniolo (“Roma”),Marko Veratti (PSJ), Tibo Kurtua (“Real”) və Yan Vertongen (“Tottenhem”) yer alıb.

 Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.