UEFA Çempionlar Liqasının qrup mərhələsində ötürmə dəqiqliyinə görə ən yaxşı göstəriciyə malik futbolçunun adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu, Almaniyanın “Borussiya” (Dortmund) klubunun oyunçusu Aksel Vitseldir. 29 yaşlı belçikalı yarımmüdafiəçi 96 faiz göstərici ilə ilk pillədə qərarlaşıb.
Onun 447 ötürməsindən 427-si ünvanına çatıb.
“Top-5”likdə Toni Kroos (“Real Madrid”, İspaniya), Serxio Buskets, İvan Rakitiç (“Barselona”, İspaniya) və Marek Hamşik qərarlaşıb.