"Mançester Siti" "Real Madrid" ilə cavab oyununa ulduz futbolçusu olmadan çıxa bilər.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın XXV turunda "Nyukasl"a qarşı matçın 87-ci dəqiqəsində Erlinq Haaland dizindəki ağrılar səbəbi ilə yerə uzanıb. Norveçli oyunçuya həkimlər tərəfindən ilkin müdaxilə meydanda edilib. Daha sonra Haaland Mateus Nuneslə əvəzlənib.

24 yaşlı hücumçunun vəziyyətinə yaxın zamanda aydınlıq gələcək.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma "Real"ın 3-2 hesablı qələbəsi ilə başa çatıb.