“Barselona” zədə səbəbindən İspaniya La Liqasının 30-cu turunda “Sevilya” ilə qarşılaşmanı da buraxmaq məcburiyyətində qalanyarımmüdafiəçisi Frenki de Yonqla bağlı yeni açıqlama yayıb.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu hələ bir müddət komandasına kömək edə bilməyəcək. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə dəqiq bilinmir. Futbolçunun dönüşü müalicəsinin gedişatından asılı olacaq.
Qeyd edək ki, Kataloniya təmsilçisindəki ilk mövsümünü keçirən De Yonq bu komandada 38 oyuna çıxıb, 2 qola imza atıb.